WWW.TELTAP.AZ - Elan yerləşdir
  • 402

Honor X70 haqqında ilk məlumatlar sızdırıldı

Honor X70 haqqında yeni məlumatlar sızdı: OLED ekran və sürətli enerji yığma ilə gəlir

Çindən gələn yeni sızıntılara görə Honor X70 üzərində işlər davam edir. Bu orta seqmentli model, ötən il təqdim olunan Honor X60-ın davamı olacaq və ilkin məlumatlara əsasən gələn ay təqdim ediləcək.

Yeni modeldə 6.79 düymlük "1.5K" keyfiyyətli OLED ekran və 80W sürətli enerji yığma dəstəyi olacaq. Telefonun ağ, qara və “bambuk” rəngi daxil olmaqla üç rəngdə təqdim olunacağı bildirilir.

İncə və yüngül dizaynı, eyni zamanda böyük tutumlu batareyası ilə diqqət çəkəcək. Əvvəlki modeldən fərqli olaraq Honor X70 LCD deyil, OLED ekranla təchiz olunacaq və enerji yığma gücü 35W-dan 80W-a qədər yüksələcək.

Xatırladaq ki, Honor X70 ailəsinin ilk modeli olan X70i bu ilin aprel ayında rəsmi şəkildə təqdim edilmişdi. Həmçinin X70 Pro modelinin də təqdim olunacağı gözlənilir, lakin bu barədə hələlik rəsmi məlumat yoxdur.

Yeniliklər üçün bizi izləməyə davam edin! -  Telsat Xəbərlər