WWW.TELTAP.AZ - Elan yerləşdir
  • 386

Alexandr Wang artıq Meta-da – süni intellekt üçün tarixi transfer

Meta, Scale AI-ın 49%-ni alaraq qurucu CEO-sunu da transfer etdi

Meta, süni intellekt sahəsində diqqətçəkən addım atdı – texnologiya nəhəngi 14.3 milyard dollar qarşılığında Scale AI-ın 49%-ni satın aldı və bununla yanaşı şirkətin qurucu CEO-su Alexandr Wangı da öz sıralarına qatdı.

Anlaşma rəsmi olaraq bu həftənin əvvəlində elan olunmuşdu. Meta bu investisiya ilə Scale AI-a 29 milyard dollardan çox dəyər biçdi və tamamilə nağd ödənişlə hissə aldı. Bu, şirkətin son dövrlərdəki ən diqqətçəkən "acqui-hire" (transfer yolu ilə əldə etmə) addımlarından biri kimi qiymətləndirilir.

Meta-nın bu transfer planı çərçivəsində Alexandr Wang, "süperzekâ" (super intelligence) yönümlü yeni süni intellekt laboratoriyasında çalışacaq. Scale AI-ın qurucu komandasından olan Jason Droege isə müvəqqəti CEO olaraq təyin olunub.

Hazırda təxminən 1000 nəfərlik heyətlə fəaliyyət göstərən Scale AI, CEO-nun gedişinə baxmayaraq, müstəqil olaraq fəaliyyətini davam etdirəcək və OpenAI, Google kimi texnoloji nəhənglərlə əməkdaşlığını qoruyacaq.

Anlaşmanın böyüklüyünə görə ABŞ-da tənzimləyici orqanların bu alqı-satqını rəqabət qanunları baxımından araşdırması gözlənilir.

Bu hamlə, böyük texnologiya şirkətlərinin bütöv satınalmalardansa, əsasən istedad və texnologiya yönümlü "acqui-hire" strategiyasına üstünlük verdiyini bir daha sübut edir. Meta-nın bu addımı, Llama süni intellekt modellərinin rəqabətdə geri qalmasından sonra CEO Mark Zuckerberg-in "süperzekâ" sahəsində yeni güclü bir çıxış etməyə hazırlaşdığını da göstərir.